Türkiyədə İmtahansız Attestatla təhsil al
Mədəniyyət
Türkiyə çox fərqli mədəniyyətlərin bir yerdə yaşadığı, köklü bir keçmişə sahib ölkədir. Coğrafi nəzərdən tam bir keçiş nöqtəsindədir. Doğurdan da bir körpü rolunu oynamaqdadır.
Türkiyədə özünüzü eyni zamanda həm evdə həmdə xarici vətəndaş kimi hiss etməyiniz mümkündür. Osmanlı, yunan, ərəb, aralıq dənizi, balkan mədəniyyətlərindən parçaları Türkiyədə tapmaq olar.
Türkiyədə fərqli mədəniyyətlərə qarşı torelrantlıq hakimdir. İnsanları fərqli mədəniyyətlərə hörmət etdiklərini, əliaçıq və dostcanlısı olduqlarını görə bilərsiniz.
Yasayis Xərcləri
Avropa ölkələri ilə müqayisə edərsək Türkiyədə həyat xərcləri daha aşağıdır.İstanbul kimi kozmopolit bir şəhərdə də çox uyğun qiymətlərlə yaşamaq seçimləriniz mövcuddur. Dövlət universitetlərinin illik təhsil haqqları yüksək deyildir ; özəl universitetlər isə Avropa və Amerikadakılarla nisbətdə olduqca uyğun təhsil haqqı istəməkdədir.
Təhsil və Araşdırma
Türkiyə əsrlərdir akademik müvəffəqiyyətlərə ev sahibliyi etmiş bir ölkədir. Akademiklər təkcə elmi müvəffəqiyyətləriylə deyil , eyni zamanda tələbələrinə dəstək olmaları ilə də məşhurdurlar. Bir çox ən son texnologiyalara sahib orta ümumtəhsil məktəbləri və universitetlər mövcuddur. Humanitar elmlərdən sənətkarlığa, tibdən mühendislik ixtisaslarına qədər hər mövzuda keyfiyyətli bir təhsil almaq mümkündür.
Türkiyədə təhsil almanın 3 yolu mövcuddur. Bunlar:
YÖS(Yabancı Öğrenci Sınavı)
TCS (Türk Cumhuriyetleri ile Türk ve Akraba Toplulukları Sınavı)
TQDK-nın keçirdiyi qəbul imtahanından 600 və ondan yüksək bal toplayan tələbələr üçün yenidən keçirilən imtahan.
Türkiyə Universitetlərində Magistr təhsili almaq üçün, bakalavrda aldığınız ixtisas Magistrdə almaq istədiyiniz ixtisasa uyğun olmalıdır. Tələb olunan imtahan isə ALES-dir.